SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdam Sənaye Parkında dörd sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan dörd müəssisədə (“Rail Trans Service” MMC, “Mister Decor” MMC, “Almet Holding” QSC və “Eel Electric” MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, - nazir qeyd edib.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.

BAKU.WS