Nazirlər Kabineti fermerlərə güzəştlər nəzərdə tutan yeni qərar qəbul edib.

 


BAKU.WS-in məlumatına görə, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 273 nömrəli qərarında dəyişikliklər edilib.

 

Dəyişikliyə əsasən, 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq ediləcək.

 

Prosedura əsasən, güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edəcək və həmin qərar qaydalara uyğun olaraq protokollaşdırılacaq.

 
BAKU.WS