SİZİN REKLAM BURADA!
055 213 76 73


"Brent" markalı neftin qiyməti 83 dollardan aşağı düşüb.

BAKU.WS "TASS"a istinadən xəbər verir ki, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 21:10 üçun (Bakı vaxtı) 2,6 faiz ucuzlaşaraq 82,82 dollar/barel təşkil edib.

Saat 21:13 üçün ucuzlaşmanın tempi sürətlənib və bu marka neft 82,68 dollar/barrel səviyyəsində alınıb-satılıb.

Qeyd edək ki, son dəfə Brent markalı neft yanvarın 11-də 83 dollardan aşağı olub.

BAKU.WS