SİZİN REKLAM BURADA!
055 213 76 73


Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan Prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.

BAKU.WS