SİZİN REKLAM BURADA!
055 213 76 73


 
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR
Dolların dünya valyuta birjalarında (FOREX) ucuzlaşması avronun da bahalaşmasına təsir edir. Lakin Avropa iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik Avro/Dollar cütlüyünün 1.1233$-ı yuxarı istiqamətdə qırmasına imkan vermir. Beləliklə, EUR/USD cütlüyü üzrə qiymət 1.1233$-ın altında qaldıqca, yenidən 1.1045$ və 1.1000$-a kimi ucuzlaşa bilər.
 
GBP
Böyük Britaniyanın Avropa Birliyindən ayrılması istəyindən sonra iqtisadiyyatı ilə bağlı narahatlıqlar funt sterlinqin ucuzlaşmasına təsir edir. İyun ayında 1.35$-a kimi bahalaşan funt sterlinqin qiyməti iyul ayında artıq yenidən 1.29$-a kimi ucuzlaşıb. Lakin InvestAZ analitikləri GBP/USD cütlüyü üzrə qiymətin FOREX-də 1.28$-ı aşağı istiqamətdə qırmadığı və üzərində möhkəmləndiyi təqdirdə, yenidən 1.35$ və 1.36$-a kimi bahalaşa biləcəyini proqnozlaşdırırlar.
 
TRY
ABŞ dollarının türk lirəsinə nisbətən (USD/TRY-nin) qiyməti isə ucuzlaşmaqda davam edir. Artıq 2.95 TL-yə kimi ucuzlaşan ABŞ dollarının qiymətin 2.90 TL-yə kimi də ucuzlaşa bilər. ABŞ-da Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsini artıra bilməməsi dolların dünya valyuta birjalarında ucuzlaşmasına təsir edir.
 
OIL
InvestAZ analitiklərinin gözlədikləri kimi eneriji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Hal-hazırda 47$ ətrafında ticarət olunan Brent əlavə olaraq 50$-a kimi də bahalaşa bilər. Eniş istiqamətində dalğalanmalar isə müvəqqəti xarakter daşıyır. Dünya bazarlarında cari ilin 2-ci yarısında neftə olan tələbatın artması gözlənilir ki, bu da öz növbəsində neftin qiymətinə müsbət təsir edir. 
 
GOLD
Qızılın bir unsiya qiyməti isə əmtəə bazarlarında hələ də 1336$ ətrafında ticarət olunur və 1360$-ı yuxarı istiqamətdə kəsə bilmir. Beləliklə, qiymət 1360$-ın altında qaldıqca, əlavə olaraq 1310$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 
Analitika Departamenti
                                                                                                           
"İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_________________________________________________________________________________

Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.