VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, sərəncamda Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ("Tax free”) sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, "Tax Free” sisteminin tətbiq edilməsinin məqsədi əcnəbilərin Azərbaycanda mal və məhsullar almasının təşkil və təşviq edilməsi, turistlərin cəlb edilməsi və əmtəə dövriyyəsinin artırılmasıdır. 
 
"Tax Free” sistemi hazırda 50-dən artıq ölkədə işləyir. Dünyanın digər regionları ilə müqayisədə bu sistem daha çox Avropada yayılıb. "Tax Free” sistemi mahiyyəti ölkələrin hamısında eynidir. Bir sözlə desək, əcnəbi vətəndaş həmin ölkənin ərazisində aldığı mallara görə ödədiyi ƏDV-ni ölkəni tərk edərkən geri alır. Ölkələr üzrə fərq ancaq şərtlərdədir. Məsələn, pulun geri alınması müddəti, pulun alınmasına görə tutulan komissiya haqları, ölkəni tərk etmə müddəti, minimal alış məbləğı və sair şərtlər ölkələr üzrə fərqlidir. ƏDV ölkələr üzrə fərqli olması da öz yerində. Məsələn, bizdə "Tax Free” üçün minimal alış qiyməti ƏDV ilə birlikdə 300 manat təşkil edir. Müqayisə üçün deyim ki, Fransada bu məbləğ 175 Avro, Almaniyada 25 avro, İsveçrədə 300 isveçrə frankı təşkil edir.
 
BAKU.WS