SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Home Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, yeni BOKT ötən ilin iyun ayında qeydiyyatdan keçmiş eyni adlı şirkətin bazasında yaradılıb.

Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 44, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 10 min manat çox - 310 min manat, qanuni təmsilçisi isə Vüqar Rasim oğlu Əhrahovdur.

BAKU.WS