VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Nazirlik işəgötürənləri 178 min manat məbləğində cərimələyib.


BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib.


Hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub və həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.


Ümumilikdə işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, habelə işəgötürənlər arasında aparılan təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsi kimi, əmək qanunvericiliyinin pozulması hallarının sayı cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.

 

Ayşən Ayxan
BAKU.WS