SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

Bu barədə BAKU.WS-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

Bildirilir ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

BAKU.WS