SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İran Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb.

Bu barədə İranın neft naziri Bijan Zanqane Ermənistan energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşün yekunlarına dair açıqlamasında bildirib.

Beləliklə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi.
 
BAKU.WS