VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (PetroKimya) Holding"in baş direktoru və İdarə Heyətinin üzvü Sadəddin Qorqud dünən vəzifəsindən azad edilib. 

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Şirkətdən verilən məlumata görə, S.Qorqudun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkətinin ("SOCAR Greece") icraçı direktoru Anar Məmmədov təyin edilib.
Bu gün yerli vaxtla saat 12:00-da Anar Məmmədov "Petkim Holding" kollektivinə təqdim olunacaq.

SOCAR-dan bildirilib ki, "SOCAR Turkey”də baş verən kadr islahatları çərçivəsində işdən çıxarılan başqa şəxslər də var: "Məhz onlardan birinin şikayəti əsasında "Petkim Holding" keçmiş baş direktoru Sadəddin Qorqud saxlanılıb".

Qeyd edək ki, bundan əvvəl Anar Məmmədov "SOCAR Energy Greece” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. O, bu vəzifədə 2014-cü ildən çalışıb. "SOCAR Energy Greece" şirkətindən əvvəl isə A.Məmmədov "SOCAR Georgia Gas Ltd", "Arxiel Carbonexis Ltd", şirkətlərində baş icraçı direktor, "Millio İnternational Ltd" şirkətində isə regional direktor vəzifəsində çalışıb. A. Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb.
 
BAKU.WS