SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın daha bir iri bazarında reydlər başladı. ANS PRESS-in məlumatına görə, polis əməkdaşları İnsan Sağlamlığı və İstehlakçı haqlarının qorunması idarəsi ("Rospotrebnadzor”) nümayəndələri ilə birgə "yeni” Moskva ərazisində yerləşən qeyri-leqal gecə bazarına yoxlama aparıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk xəbər verib.

Topdan satış bazarında əsasən miqrantlar ucuz qiymətlərə balıq ticarəti ilə məşğuldur. "Aparılan əməliyyat tədbirləri kompleksinin gedişatında Moskva və Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları balıq məhsulunun qeyri-leqal gecə topdan satış bazarını aşkar edib", - deyə DİN-nin rəsmi nümayəndəsi bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aşkar edilmiş bazar "yeni" Moskva ərazisində Moskvanın dairəvi avtomobil yolu (MKAD) yaxınlığında yerləşir.

"Ərazidə iki qanunsuz tikili və məhsulun saxlanılması üçün 30 konteyner aşkarlanıb. Gecə vaxtı bazarda balıq məhsulunun topdan satışı həyata keçirilirdi. Aparılan yoxlama zamanı qanunsuz müəssisənin ərazisində satışla məşğul olan 30-dan çox insan - yaxın xarici sakinlər saxlanılıb", - deyə xəbərdə qeyd olunur.

Əməliyyatda polis əməkdaşları ilə birgə "Rospotrebnadzor” və MOESK nümayəndələri iştirak ediblər. Bazarın fəaliyyəti dayandırılıb. Qeyri qanunu fəaliyət göstərən balıq bazarında əsasən Azərbaycanlı, Tacik və Özbəklərin çalışdığı bildirilir. 
 
BAKU.WS