SİZİN REKLAM BURADA!
055 213 76 73


“Həyat bəzən bizi çox çətin bir mübarizəyə sürükləyə bilər. Unutmayın ki, dünən də, bu gün də, gələcək də bizlərə tikansız bir gül bağçası vəd etmir, etməyib və etməyəcək. Önəmli olan çətinliklər qarşısında yorulmadan, durmadan mübarizə aparmaqdır. Buna görə güclü bir inam, etika və əxlaqdan əsla ayrılmadan sonuna qədər mübarizəni davam etdirməliyik”.

Bu sözləri “Bayraktar” PUA-larının istehsalçısı olan “Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan 2022”nin tanıtım toplantısında çıxışı zamanı deyib.

“Azərbaycanın milli müstəqillik hərəkatının rəhbərlərindən M.Ə.Rəsulzadənin də dediyi kimi “Bir kərə yüksələn bayraq bir daha enməz”. Gün bayraqlarımızı daha da yüksəyə qaldırıb, sonsuza qədər təhlükəsiz şəkildə dalğalanacağı gündür. Sözlərimin sonunda Bakıdan Şuşaya kimi can Azərbaycanın hər bir guşəsinə salamlarımı çatdırıram.

Fürsətdən istifadə edib qardaşlığımızın möhkəmlənməsində böyük rol oynayacaq bu tədbirə dəstək olan Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və hörmətli cənab Prezident İlham Əliyev başda olmaqla bizə dəstək verən hər kəsə ürəkdən təşəkkür edirəm.

“TEKNOFEST Azərbaycan 2022” millətimiz və uzandığı bütün coğrafiyalar üçün xeyirli-uğurlu olsun”, - deyə Səlcuq Bayraktar bildirib.

BAKU.WS
VİDEO

QALEREYA