SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılır.

BAKU.WS xəbər verir ki, bu sözləri DGK sədri Səfər Mehdiyev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, “Xanoba” gömrük postunda kompleks tikinti-quraşdırma işləri hazırda davam edir. Əsas obyektlər üzrə tikinti işləri 60-90 faiz icra edilib. İnşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur.

 

BAKU.WS