SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu ilin yanvar-may aylarında istehlakçılara 10 mlrd. 999,2 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox məhsul satılıb.
 
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5% artaraq 5 mlrd. 479,4 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artaraq 5 mlrd. 519,8 mln. manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i (5 mlrd. 477,6 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,3%-i (1 mlrd. 903 mln. manat) toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i (714,948 mln. manat) elektrik malları və mebelin, 5,8%-i (637,953 mln. manat) avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların (154 mln. manat), 0,8%-i (88 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i (2 mlrd. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
BAKU.WS