SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcək.

Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası iqtisadiyyat nazirlərinin 10-cu iclası ilə bağlı feysbuk hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, Türk Şurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik:

“Ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”.

***10:18

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında yazıb.

Nazir bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir.

“Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə nazir yazıb.

BAKU.WS
VİDEO

QALEREYA