SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ukrayna yeni superekonomik avtomobilini təqdim edib. 

BAKU.WS-in məlumatına görə, Zaporojye Avtomobil Zavodunun (ZAZ) istehsalı olan Slavuta Nova ölçüsünə görə Hyundai Solaris-dən 12 sm kiçikdir. Maşın 1,6 litrlik Chery E4G16 mühərriki ilə təchiz olunub. Mexaniki karobka yerləşdirilən avtomobil 100 km saat sürəti 9 saniyəyə yığır. Slavuta Nova-nın maksimal sürəti 185 km saatdır. Maşın 100 km-ə 5,5 litr yanacaq işlədir. Mühərrik Avro-6 snadartlarına cavab verir. 

Slavuta Nova-nın qiymətinin 10 min dollardan aşağı olacağını nəzərə alsaq avtomobillin MDB məkanında Cənubi Koreya, Çin və Rusiya istehsalı olan avtomobillərə rəqib olacağı şübhə doğurmur.
 
Ümumiyyətlə avtomobil mütəxəssisləri Slavuta Nova-nın gənclərin sevimli maşınına çevriləcəyini bildirirlər.