SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 67,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azdır.

BAKU.WS xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

BAKU.WS