SİZİN REKLAM BURADA!
055 213 76 73


Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişiklik cari ilin yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.

BAKU.WS