SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodunda hazırda son tamamlama işləri aparılır.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ildə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə nazirlik investisiya təşviqi sənədi verib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

BAKU.WS