SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ermənistanın hökuməti 8 il ərzində ABŞ-dan və Avropa Birliyindən 542 milyon dollar qrant alıb.
 
BAKU.WS-in məlumatına görə, bu buradə son 8 il ərzində Ermənistan büdcənin icrası haqqında hesabatda qeyd edilib. Toplam olaraq ayrılan qrantların təxminən 51% – Avropa Birliyinin bank və təşkilatlarından alınıb. Yerdə qalan 32% ABŞ-dan, 10% "Linsi" fondundan və  4.6% Ümumdünya bankından əldə edilib. 

Ancaq axırıncı bir neçə il ərzində qrantların ümumi məbləğində Avropa Birliyinin payı artıb. Çünki 2011-ci ildən "Linsi" fondu Ermənistanda öz fəaliyyətinidayandırıb.  
 
Statistikadan aydın görünür ki, Avropa Birliyi və ABŞ Ermənistan hökumətinin əsas donorudur. Maraqlısı ondadır ki, hesabatda Rusiya tərəfindən ayrılan qrantlar əks olunmayıb. Görünür rəsmi İrəvan Moskvanın ödədiyi pulları hesaba vurmur.
 
ŞAHİN Həbibov
BAKU.WS