VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza aksiz güzəştinin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihədən çıxarılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmiş “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə (188.1.1 maddəyə təklif olunan dəyişikliyə) əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilən malların siyahısından çıxarılırdı.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə 188.1.1-ci maddəyə təklif olunan dəyişiklik çıxarılıb.

Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin fevralın 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

BAKU.WS
QALEREYA