SİZİN REKLAM BURADA!
055 213 76 73


“SOCAR Energy Ukrayna”nın Kiyevdə Banderl 36 ünvanında yeni premium-klass yanacaqdoldurma kompleksinin açılışı olub.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, bu, yanacaqdoldurma (YDM) kompleksi şəbəkəsinin 56-cı, Kiyevdə isə 13-cü məntəqəsidir.

YDM-də yüngül neft məhsullarının avtomobillərə vurulması üçün üç ikitərəfli yanacaq paylayıcı, həmçinin LPG doldurulması üçün dörd tapançalı qaz modulu quraşdırılıb.

Sürücülərə Avropanın Orlen şirkətinin istehsalı olan keyfiyyətli NANO yanacağının bütün növləri А-98, А-95, “Diesel Nano” və “Diesel Nano Extro” təklif olunur. Yaxın gələcəkdə kompleksdə elektromobillərin şarj edilməsini də həyata keçirmək mümkün olacaq.

Yeni YDM qara rəngin, monoxromluğun üstünlük təşkil etdiyi müasir sənaye üslubunda tərtib olunub. SOCAR-ın trend özəllikləri interyer və eksteryerdə özünü göstərib.

Burada təkərlərin doldurulması, biznes guşəsi, avtomat ayaqqabı təmizləyicisi, valyuta dəyişmə məntəqəsi kimi əlavə xidmətlər müştərilərin istifadəsinə verilib. Arzu edənlər əvvəlcədən sifariş etməklə kompleksdəki marketdən növbəsiz, vaxt itirmədən alış-veriş edə bilər, evdə ailə üzvləri ilə birlikdə dadlı və doyumlu nahar etmək üçün “Buta Cafe”nin hazır yeməklərindən ala bilərlər.

BAKU.WS
QALEREYA