SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın “Azeri Light” markalı xam neftinin tədarükçüsü və SOCAR-ın marketinq və inkişaf proqramı üzrə təsisatı “SOCAR Trading” İT infrastrukturuna investisiya qoyuluşunu artırıb.

“SOCAR Trading” tərəfindən “J.P. Morgan” şirkətinin real vaxtda hesabat həllinə imkan verən “Insight API” tətbiqi qəbul edilib.

Məlumatda bildirilir ki, “SOCAR Trading” inkişaf etmiş İT sistemlərinə kifayət qədər diqqət ayırır və rəqəmsallaşdırılmış daxili nəzarət çərçivəsində çevik və uğurlu qlobal enerji ticarəti həyata keçirən şirkətlərdən biri statusunu layiqincə icra edir.

“Şirkətin “Insight API” həlli bizə pul balansı və digər bank məlumatları haqqında operativ məlumat əldə etmək üçün lazım olan çevikliyin, şəffaflığın təmin edilməsinə imkan yaradır”, - deyə şirkətdən məlumat verilib.

“SOCAR Trading” bu yeniliklə hesabdakı pul balansına, əməliyyat fəaliyyətinə, istifadəçi məlumatlarına və ödəmə əməliyyatlarına nəzarət edə bilər.

“SOCAR Trading” COVID-19 pandemiyası ilə əlaqədar işlərin uzaqdan idarə edilməsi istiqamətində fəaliyyəti genişləndirib. Bu səbəbdən şirkət işçilərinin sürətli və fasiləsiz bir keçidlə təmin edilməsi üçün İT infrastrukturuna sərmayəni artırıb.

BAKU.WS