SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının növbəti mətbuat konfransı keçirilir. 

BAKU.WS məlumat verir ki, Palatanın sədri Rüfət Aslanlı konfransda çıxış edərək bildirib ki, dünən Palatanın Direktorlar Şurasının iclası keçirilib. İclasda qərara alınıb ki, bu gündən etibarən "Bank Standart” kommersiya bankında palata tərəfindən müvəqqəti inzibatçılıq təyin edilib. Məlum olub ki, son zamanlar bankda likvidlik, aktivlik zəifləyib:
 
"Bu məqsədlə də palata tərəfindən banka yoxlama təyin edilib. Məlum olub ki, bank yetərli resurslara malik deyil. Hazırda bankda mövcud olan kredit likvidlik təmin etmək üçün dövlət tərəfindən maliyyə ayrılıb. Maliyyə vəsaitləri atıq bankın hesabına köçürülüb. Bununla yanaşı likvid aktivlərin səfərbər edilməsi məhkəmənin qərarı ilə fiziki və hüquqi şəxslərin əmanətləri üzrə dayandırılıb. Bu müddət əzrində dövlət dəstəyinin həcmi müəyyənləşəcək. Bundan sonra ödənişlər bərpa olunacaq. Həm bankın özü , həm bankın müştərisi olan şəxslərin əmək ödənişləri üzrə məhdudiyyət olmayacaq. Əməkhaqqı ödənişlərinə artıq başlanılıb. Müvəqqəti inzibatçılıq həm də bütövlükdə bankın idarəetmə məsələlərinə rəhbərlik edir. Bankın verdiyi kreditlərin qaytarılması məsələsi də icra olunacaq. Bu nəzərdən bank müştərilərini öz öhdəliklrini lazimi şəkildə ödəməyə dəvət edirik. Müvəqqəti inzibatçılıq üç ay müddətinə təyin olunub. Bu zaman ərzində bankın sağlamlaşdırılması prosesi gedəcək”.
 
BAKU.WS