VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarların müasir uslubda dizayn edərək hazırladıqları kotullantı qutuları və skamyalar ixrac edib.

“Doha Oasis” Qətərin paytaxtı Dohada yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.

2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.

BAKU.WS