SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu ilin ilk günlərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsi ilə ilk dəfə olaraq ixrac yönümlü yüklərin nəqlinə start verib.

BAKU.WS xəbər verir ki, ixrac yüklərinin xarici bazarlara çıxarmaq, fəaliyyətinin əsas istiqamətlərindən sayan "ADY Express" bu dəfə “Baku Steel Company” MMC-nin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.

Metal konstruksiyalar ADY Express-in təqdim etdiyi yarımvaqonlara yüklənərək Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirib.

Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.

2020-ci ildə "ADY Express" Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97% tranzit, 3% isə idxal yüklərin payına düşüb. Müqayisə üçün, 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.

BAKU.WS
QALEREYA