SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərkosmos" ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən "SatADSL" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BAKU.WS "Azərkosmos"a istinadən xəbər verir ki, müqaviləyə əsasən "SatADSL" şirkəti özünün bulud əsaslı platformasından "Azerpsace-1" peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini "Azerspace-1" peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

Qeyd edək ki, "SatADSL" şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

BAKU.WS