SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda sahibkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2021-2024-cü illərdə bir sıra yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi və bu mexanizmlərin vahid elektron platforma üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Sənəddə növbəti 4 ildə sahibkarlığın inkişafının prioritet istiqamətləri də qeyd olub. Bura pandemiya və post-pandemiya dövründə sahibkarlara dəstəyin göstərilməsi, sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın daha da yaxşılaşdırılması, o cümlədən rəqabət mühitinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün icazəverici sənədlərin alınmasında və dəstək mexanizmlərinin istifadəsində rahatlığın və daha geni. əlyetərliliyinin təmin olunması, o cümlədən bu proseslərin tamamilə elektronlaşdırılması və onların qarışıqlı inteqrasiyası daxildir.

Bundan başqa, sahibkarlıq subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi istiqamətində tətbiq olunan mexanizmlərin sayının artırılması, xüsusilə KOB inkişaf fondları vasitəsilə KOB subyektlərinə maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq, xüsusilə KOB subyektlərinin ixrac potensialının artırılması üçün dəstək mexanizmlərinin, o cümlədən xüsusi sənaye sonalarının və klasterlərin, KOB inkişaf fondlarının yaradılması, onların əhatə dairəsinin genişləndirilməsi və ünvanlılığın təmin edilməsi; KOB subyektlərinin ixrac etdikləri məhsulların ölkənin ümumi ixracındakı payının artırılması; yerli istehsalçılarla potensial müştərilərin tapılmasına dəstək olmaq məqsədilə elektron satış portalının sayının artırılması, bu istiqamətdə fəaliyyət göstərən qlobal şəbəkələrə çıxış imkanlarının genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Eyni zamanda, 2021-2024-cü illərdə ölkədə sahibkarlıq subyektləri üçün araşdırma fəaliyyətlərinin və startap layihələrin inkişaf etdirilmə, həmçinin sahibkarlıq, xüsusilə KOB subyektlərinin bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkar düşüncə tərzinin təşviqi üçün təlim və tədris imkanlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi də nəzərdə tutulub.

BAKU.WS