SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin iyunun 16-dan dekabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 233,42 mln. manatdan çox kompensasiya ödənilib.

BAKU.WS Əmanətlərin Sığortalaması Fonduna (ADIF) istinadən xəbər verir ki, "AGBank" üzrə 4 533 əmanətçiyə 108,93 mln. manat, "NBCBank" üzrə isə 4 122 əmanətçiyə 124,48 mln. manat kompensasiya verilib.

İyunun 1-dən dekabrın 10-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 374,65 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 715 əmanətçiyə ödənilən məbləğ 138,03 mln. manat, "Atabank" üzrə isə 9 657 əmanətçiyə 236,33 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, dekabrın 10-na 24 027 əmanətçiyə bu məbləğin 608,07 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 90%-i təmin olunub.

BAKU.WS