SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan banklarında kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır və Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün çalışır.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, kreditlər üzrə faizlərin formalaşmasının arxasında çox ciddi obyektiv reallıqlar dayanır:

"Faizlər Azərbaycan banklarının gəlir resursudur. Bu mənfəət növü bilavasitə banklardakı risk amili ilə bağlıdır. Ona görə də ilk növbədə bank sektorunun risklərini azaltmaq lazımdır".

BAKU.WS