SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan nefti bahalaşıb.

BAKU.WS xəbər verir ki, “oxu.az”ın qlobal “Oil Price” portalından əldə etdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 ABŞ dolları və ya 3,35 faiz artıb.

Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 43,86 ABŞ dolları həcmindədir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bundan başqa, WTI markalı xam neftin dekabr fyuçersləri 1,18 faiz artaraq bir bareli 41,85 dollara çatıb.

“Brent” markalı neftin yanvar fyuçersləri 1,12 faiz artaraq bir bareli 44,10 dollar təşkil edib.

BAKU.WS