SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Georgia Gas" MMC ölkənin Kvemo Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə çəkiləcək qazpaylayıcı xəttin əsasını qoyub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili, Marneuli meri, majoritar deputat Zaur Darğalı və Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaqdır. "SOCAR Georgia Gas" MMC 2020-ci il ərzində 13-ü Kvemo Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikintisini tamamlamağı planlaşdırır.
Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2 483 potensial abonent qazla təmin olunacaqdır.

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılıb. Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1 111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir.

BAKU.WS
QALEREYA