SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 672,6 milyon manat vəsait daxil olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında deyilir.

Belə ki, bu da proqnoza nisbətən 155,6 milyon manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, 63,8 milyon manat və ya 1,1 faiz çoxdur.

Həmin vəsaitin 74,9 faizi və yaxud 4 milyad 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə, 321,1 milyon manat və ya 8,2 faiz çoxdur.

BAKU.WS