SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail koronavirus pandemiyası ilə əlaqədar yenidən sərt karantin rejiminə keçib.

BAKU.WS xəbər verir ki, hökumət sentyabrın 25-dən ölkədə sərt karantin rejiminin daha iki həftə uzadılması barədə qərar verib. Oktyabr ayının ikinci yarısına kimi ölkədə ancaq ərzaq mağazaları, aptektlər, eləcə də dayandırılması mümkün olmayan sənaye müəssisələri işləyəcək. Etiraz aksiyaları və küçə dualarını ancaq insanların 20 nəfərdən artıq olmayaraq xüsusi kapsullarda olması və yaşayış yerindən 1 km aralanmaması şərti ilə icazə veriləcək. 

Xatırladaq ki, İsraildə karantinin ləğvindən sonra koronavirusa yoluxma halları artıb. Belə ki, iyunun 6-da 160 yoluxma, 17 sentyabrda 6 min, 23 sentyabrda isə 7 min yoluxma qeydə alınıb. 

BAKU.WS