SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə azərbaycanlı iş adamı Elnur Əliyev tarixi binasına görə məhkəməlik olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixi binanın sahibi olduğunu deyən Elnur Aliyev özünün xəbəri olmadan saxta imza ilə kirayə müqaviləsi imzalandığını iddia edib.

Bina özəl Tarabya İngilis məktəblərinə kirayə verilib. O, binada fəaliyyət göstərən məktəb rəsmilərini, baş direktor Mehmet Gültəkinə qarşı məhkəmə iddiası qaldırılıb.

İddia ərizəsində bildirilir ki, adıçəkilən daşınmaz əmlakı “Horizon” adlı şirkət kirayəyə götürüb. 6 ildir icarə haqqını ödəməyən şirkətin əmlakının müsadirəsi haqqında qərar verilib.

“Əliyev keçən il tədbiq edilən müsadirə zamanı binanın özəl Tarabya İngilis Məktəbləri tərəfindən işlədildiyi və aralarında buna dair müqavilə bağlandığından xəbər tutub”.

Azərbaycanlı iş adamının vəkillərinin sözlərinə görə, bu müqavilə onların müştəriləri tərəfindən imzalanmayıb:

“Şübhəlilər E.Əliyevin adından imza ataraq müqavilə hazırlayıblar. Daha sonra bu saxta sənəd Milli Təhsil İdarəsinə təqdim edilib.

Məktəb üçün icazə də bu saxta sənədlə əldə edilib. Tarabya İngilis Məktəblərinin rəsmiləri haqqında saxtakarlıq və dələduzluq ittihamları ilə araşdırma aparılmasını tələb edirik”.

BAKU.WS