VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MAQATE İrandakı mübahisəli obyektlərdən birini ziyarət edərək respublikadakı zənginləşdirilmiş uran ehtiyatlarının razılaşdırılmış həcmdən on dəfə artıq olduğunu bildirib.

BAKU.WS APA-a istinadən xəbə verir ki, bu barədə Reuters məlumat yayıb.

MAQATE-nin hesabatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 534 kiloqram artaraq, 21054 kiloqrama çatıb ki, bu da 2015-ci ildə razılaşdırılmış həcmdən on qat çoxdur.

Müfəttişlərinin sentyabr ayında İranın ikinci ərazisini ziyarət edəcəyi qeyd olunur.

Tehran və MAQATE-nin birgə bəyanatında bildirilib ki, intensiv ikitərəfli məsləhətləşmələrin ardından tərəflər bu mövzuda “xoş niyyət ruhunda” bir razılığa gəliblər.

Qeyd edək ki, MAQATE-nin Baş direktoru Rafael Qrossi bazar ertəsi Tehrana ilk səfərinə gəlib və burada vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi, həmçinin, Məhəmməd Cavad Zəriflə görüşlər keçirib.

BAKU.WS