VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Aleksandr Lukaşenkonun iqamətgahının qarşında çəkilən əli avtomatlı fotosunu yayıb.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Belə ki, agentliyin əməkdaşı mətbuat katibinə Lukaşenkonun hazırda harada olması və Minskdə baş verən aksiyalara münasibətini öyrənmək istədikdə Natalya Eysmont ona cavab olaraq bu fotonu göndərib.

Xəbər verdiyimiz kimi, bu gün müxalifət Minskdə icazəsiz etiraz aksiyası keçirir. Əvvəlcə aksiya iştirakçıları Minskdə İstiqlaliyyət prospektinə yığışıblar. Sonra isə onlar Lukaşenkonun rezidensiyasına tərəf gediblər.

BAKU.WS