SİZİN REKLAM BURADA!
055 213 76 73


Litva Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkəsinə girişi qadağan edilmiş şəxslər siyahısına daxil edib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus məlumat verib.

Litva Belarusdan olan daha 31 məmurun ölkəyə girişinə qadağa qoyub. Siyahı artıq Litva Daxili İşlər Nazirliyinə təsdiq üçün təqdim edilib.

Qeyd edək ki, Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və Aleksandr Lukaşenkonu qanuni lider kimi tanımayan qətnamə qəbul edib.

Bunlarla yanaşı, Belarusda etirazlar davam etməkdədir. Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə ölkədə, xüsusilə də Minskdə mitinqlərin qarşısını almaq barədə göstəriş verib.

Lukaşenko hökumətin zavod girişlərində mitinq keçirənlərlə bağlı tədbir görəcəyini bildirib. O, ölkədə mürəkkəb ictimai-siyasi vəziyyətin qalmaqda davam etdiyini qeyd edib.

Bu barədə Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında məlumat verib. O qeyd edib ki, Minskdə bir daha mitinqlər olmamalıdır. Çünki insanlar yorulub və xalq sülh istəyir.

BAKU.WS
VİDEO