SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə əcnəbi vətəndaş qayınanasını öldürərək, üzərinə beton töküb.

BAKU.WS xəbər verir ki, hadisə Türkiyənin Kilis şəhərində baş verib. Əcnəbi kürəkən qayınanasını öldürdükdən sonra 5 mərtəbəli binanın zirzəmisində basdırıb.

Cinayəti ört-basdır etmək istəyən şəxs, qayınanası Altuə Əl Hassanı qətlə yetirdikdən sonra üzərinə beton töküb.

11 gün davam edən axtarışdan sonra Kilis polisi cinayətin üstünü açıb.

Şübhəli qismində saxlanılan kürəkən M.E.A etdiyi cinayəti etiraf edib.

BAKU.WS
VİDEO

QALEREYA