055 213 76 73
Rusiya Silahlı Qüvvələrinin general-mayoru Vyaçeslav Qladkix Suriyada həlak olub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, rusiyalı general partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.
Suriyanın Deyr əz-Zor şəhərindən 15 km məsafədə humanitar aksiyadan sonra Rusiya karvanının geri qaytarılması zamanı avtomobil yolunda partlayış baş verib.
Üç Rusiya hərbçisi yaralanıb, onlardan biri, general-mayor Vyaçeslav Qladkix həyatını itirib.
Ölən general 36-cı ordu korpusunun komandir müavini vəzifəsini icra edirdi.
BAKU.WS