SİZİN REKLAM BURADA!
055 213 76 73


Mali prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini açıqlayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısı Mali televiziyasında danışıb. 

O deyib ki, qan tökülmək bahasına hakimiyyətdə qalmaq istəmir və buna görə istefa verir. 

Qeyd edək ki, ki, Bubakar Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi.

Ötən gün Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyama qalxıblar. Qiyama Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camara rəhbərlik edir. Dünəndən etibarən bütün dövlət qurumları, idarələr və banklar bağlanıb.

BAKU.WS