SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Səhiyyə Nazirliyi “Sputnik V” adlı koronavirus vaksininin istehsalına başlayıb.

BAKU.WS xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi Qamale İnstitutu tərəfindən hazırlanan vaksinin kütləvi istehsalına başlanıldığını bildirib.

Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin koronavirus əleyhinə vaksin üzərində təkmilləşdirmə işlərinin aparıldığını açıqlamışdı.

Bununla yanaşı o, vaksinin bütün testlərdən keçirildiyini və öz qızı üzərində tətbiq olunduğunu da bildirib.

BAKU.WS