SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinli gənc qadının yaşadığı şirkət binasında gizli kamera ilə aylarla izlənildiyi ortaya çıxıb.

BAKU.WS ÇİN KİV-nə istinadla xəbər verir ki, hadisə Çinin Hanqzhou şəhərində baş verib. Ləqəbi Xiao Ni olan qadın 23 iyul axşam saatlarında duş qəbul edərkən vanna otağında yerə düşən qara bir çubuq görüb. Çubuğun nə olduğunu öyrənmək istəyən Xiao Ni ən yaxın rəfiqəsi Xiao Jia və onun həyat yoldaşının evinə gedib.

Ən yaxın dostunun həyat yoldaşı olan Şenq bu əşyanın gizli kamera olduğunu söyləyib. Vanna otağında gizli kamera yerləşdirilməsindən narahat olan gənc qadın polisə müraciət edib.

Hadisəni araşdıran polis əməkdaşları Xiao Niyə otaqdan heç bir oğurluq edilmədiyi üçün kameranın tanıdığı biri tərəfindən yerləşdirildiyini bildirib.

Dəhlizdəki kamera qeydlərini izləyən polislər şübhəlinin Şenq olduğunu müəyyənləşdirib. 3 avqustda saxlanılan Şenq etdiyi əməli etiraf edib. Kamerada 7 video qeyd olduğu bildirilib.

22 iyulda Xiao Ni və Şenqin həyat yoldaşı yemək üçün çölə çıxdığı zaman Şenq gizlicə qadının evinə girdiyini və kameranı vanna otağına yerləşdirdiyini etiraf edib.

20 yaşlı Xiao Ni şirkət binasında hər kəsi tanıdığı üçün yaşadığı ünvanın qapısını kilidləmədiyini bildirib.

BAKU.WS
VİDEO