SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə oğurluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Adanada qeydə alınıb.

İki nəfər qadın paltarı geyinmiş şəxs Osman B.-yə məxsus zərgərlik mağazasına daxil olub. Onlar mağaza sahibini odlu silahla yaralayıblar.

Daha sonra mağazada olan qızıl və digər dəyərli əşyaları götürərək qaçıblar.

Hadisə mağazanın müşahidə kamerasına düşüb. Polis müəyyən edib ki, qadın paltarı geyinən həmin şəxslər əslində kişidirlər.

Onların tutulması üçün xüsusi əməliyyat-axtarış tədbirləri keçirilir.

BAKU.WS
VİDEO