VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın “Aeroflot” aviaşirkəti Bakıya müntəzəm reyslərin bir hissəsini dayandırmaq barədə qərar qəbul edib. 

BAKU.WS xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. 

Bildirilir ki, avqustun 31-dək Bakıya müntəzəm reyslər məcburi ləğv olunub. 

Eyni zamanda avqustun 31-dək Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Dublin, Düsseldorf, Yerevan, Kişinyov, Şımkent və bir sıra digər istiqamətlərə də uçuşlar olmayacaq.

Reyslərin məcburi ləğvi müxtəlif ölkələrdəki epidemioloji vəziyyətlə əlaqələrdir. 

“Aeroflot” aviaşirkəti həmçinin açıqlayıb ki, mayın 1-dən sonra ləğv olunan reyslərə bilet alan sərnişinlərə ödənişlər geri qaytarılacaq. 

BAKU.WS