SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 42 846 şübhəli koronavirus testindən keçib, onlardan 928-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1009 xəstə sağalıb.

Türkiyədə indiyədək 221 500 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5526 nəfər ölüb, 204 011 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, son 3 gündür Türkiyənin 71 vilayətində pnevmoniyalı xəstə sayı azalıb, 21 vilayətdə isə intensiv terapiya müalicəsi alan ağır xəstə artıq yoxdur.

BAKU.WS