SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

BAKU.WS xəbər verir ki, dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq.

Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır.

Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan əvvəl bu preparat Ebolanın müalicəsi üçün istifadə olunub.

BAKU.WS