VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 905 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 214 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 185 245 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 494 nəfər olmaqla 157 516 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 41 316 test aparılıb.

BAKU.WS