SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa Müdafiə Nazirliyi “Əl-Qaidə” terror təşkilatının lideri Əbdülmalik Drokdelin öldürüldüyünü açıqlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Fransanın Müdafiə naziri Florens Parli “Əl-Qaidə”yə qarşı əməliyyatın 3 iyunda Malinin şimalında keçirildiyini bildirib.

O qeyd edib ki, əməliyyat nəticəsində Drokdel və yaxın adamları öldürülüb.

Hazırda həmin bölgədə əməliyyatlar davam edir.

BAKU.WS